Bakı. Trend:
Türkiyənin paytaxtı Ankarada sürət qatarının qəzaya uğraması nəticəsində çox sayda yaralı var.
Trend-in məlumatına görə, 6 nəfərə yaxın ölü sayı bildirilib, 20 nəfərə yaxın sərnişin yaralanıb. Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb edilib.
X X X
08:49
Türkiyənin paytaxtı Ankarada sürət qatarı qəzaya uğrayıb.
Trend-in məlumatına görə, qatar Ankara-Konya marşrutu üzrə hərəkət edirmiş.
Qəzanın baş vermə səbəbi hələ məlum deyil. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.