Bakı. Tural Turan - Trend:
Strasburqda Milad yarmarkasında terakt törətmiş Şerif Şekatt dünən polis tərəfindən məhv edilib. Trend-in məlumatına görə, bu məlumatı Fransa daxili işlər naziri Kristof Kastaner təsdiq edib.
“3 polis əməkdaşı Şekattı tanıyaraq onu saxlamaq istəyib, lakin Şerif atəş açıb. Terrorçu cavab atəşi ilə məhv edilib”, deyə nazir bildirib.
Qeyd edək ki, xüsusi əməliyyat Strasburqun Noydorf kvartalında keçirilib.