...

Maduro: Gələn il Venesuela üçün çiçəklənmə və xoşbəxtlik ili olacaq

Dünya xəbərləri Materials 20 Dekabr 2018 02:16 (UTC +04:00)

Bakı. Trend:

Gələn il Venesuela üçün çiçəklənmə və xoşbəxtlik ili olacaq.

Trend-in məlumatına görə, bu barədə Venesuela prezidenti Nikolas Maduro öz Twitter səhifəsində yazıb.

N.Maduro bildirib: "Biz məmnuniyyətlə 2018-ci ili başa vururuq, tarixi qələbələr ilini. Qarşıdan gələn 2019-cu ilə biz ən yaxşı şəraitdə qədəm qoyuruq və bu Venesuelanı çiçəklənən və əlçatmaz edəcək".

Venesuela prezidenti əlavə edib ki, "heç bir imperiya Venesuelanı xoşbəxt olmaq hüququndan məhrum edə bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti