...

Nyu Yorkda transformator partladı, partlayışın işığı isə...

Dünya xəbərləri Materials 28 Dekabr 2018 09:27 (UTC +04:00)
Nyu Yorkun Kuins rayonunda "Consolidated Edison" şirkətinə məxsus zavodda transformatorda partlayış baş verib.
Nyu Yorkda transformator partladı, partlayışın işığı isə...

Bakı. Trend:

Nyu Yorkun Kuins rayonunda "Consolidated Edison" şirkətinə məxsus zavodda transformatorda partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə şəhər polisi xəbər yayıb.

Məlumata görə, partlayış baş verərkən şəhər işığa qərq olub. Partlayışdan sonra baş vermiş yanğın qısa müddətdə söndürülüb. Xəsarət alanların olmadığı bildirilir.

Kuinsdə yerləşən hava limanında elektrik enerjisi təchizatında partlayış səbəbindən problem yaranıb. Bununla belə, aviareyslərin hərəkətində ləngimə və ya təxirə salınmalar müşahidə edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti