...

Tramp Qabona ABŞ hərbçilərini göndərib

Dünya xəbərləri Materials 5 Yanvar 2019 08:40 (UTC +04:00)
Konqoda vəziyyətin kəskinləşməsi fonunda ABŞ vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Tramp qonşu Qabona 80-ə yaxın hərbçi göndərib.
Tramp Qabona ABŞ hərbçilərini göndərib

Bakı. Trend:

Konqoda vəziyyətin kəskinləşməsi fonunda ABŞ vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Tramp qonşu Qabona 80-ə yaxın hərbçi göndərib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Trampın Konqresin rəhbərliyinə ünvanladığı və Ağ Ev tərəfindən yayılan məktubda deyilir.

"Təxminən 80 hərbçinin yerləşdirilməsi Konqo Demokratik Respublikasında dekabrın 30-da keçirilmiş seçkilərlə əlaqədar orada başlaya və zorakılıqla müşayiət oluna biləcək nümayişlərə cavabdır. Hərbi kontingentin birinci hissəsi Qabona yanvarın 2-də zəruri silahlarla və hərbi aviasiyanın dəstəyi ilə gəlib", - deyə Donald Tramp yazıb.

Trampın sözlərinə görə, lazım gələrsə, Qabona və ya Konqoya əlavə qüvvələr göndərilə bilər. Hərbçilərin Qabonda qalması vəziyyətin onların burada olmasını tələb etməyəcəyi vaxta qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti