...

Avstriyada güclü qar nəticəsində 3 turist ölüb, 4-ü itkin düşüb

Dünya xəbərləri Materials 7 Yanvar 2019 20:49 (UTC +04:00)
Güclü qar səbəbindən böyük bir hissəsində xaos yaşanan Avstriyada 3 xizəkçi ölüb, 4 nəfər itkin düşüb.
Avstriyada güclü qar nəticəsində 3 turist ölüb, 4-ü itkin düşüb

Bakı. Trend:

Güclü qar səbəbindən böyük bir hissəsində xaos yaşanan Avstriyada 3 xizəkçi ölüb, 4 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, qar uçqunu nəticəsində ölənlərdən 2-si Almaniya, 1-i isə Sloveniyadandır. İtkin düşənlər də turistlərdir.

Ötən həftənin ortalarından Avstriyanın mərkəzi və şimal rayonlarına 1,5 metr hündürlüyündə qar yağıb. Turistlər də daxil olmaqla 2 min nəfərin ətrafla əlaqəsi kəsilib. Qarın hələ davam edəcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti