...

"Politico": Növbəti ABŞ-KXDR sammiti Vyetnamda 27-28 fevralda keçiriləcək

Dünya xəbərləri Materials 6 Fevral 2019 07:03 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen In arasında ikinci görüş 27-28 fevral tarixlərində keçiriləcək
"Politico": Növbəti ABŞ-KXDR sammiti Vyetnamda 27-28 fevralda keçiriləcək

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen In arasında ikinci görüş 27-28 fevral tarixlərində keçiriləcək.

Trend-in "Politico" qəzetinə istinadən verdiyi məlumata görə, iki ölkə lideri arasıdna görüş Vyetnamda baş tutacaq.

Qəzet bildirir ki, D.Tramp bu barədə Senat və ABŞ Konqresinin Nümayəndələr Palatası qarşısında "Ölkənin vəziyyəti haqqında" illik müraciətlə çıxışı zamanı bildirəcək.

ABŞ administrasiyasındakı mənbə qəzetə bildirib: "O bildirib ki, bu gün bu barədə elan edəcək".

Xəbər lenti

Xəbər lenti