...

ABŞ-Çin ticarət danışıqlarının növbəti raundu fevralın 14-ü Pekində keçiriləcək

Dünya xəbərləri Materials 9 Fevral 2019 02:25 (UTC +04:00)
ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ölkənin ticarət danışıqlarında nümayəndəsi Robert Laythayzer gələn həftə Pekinə yollanacaqlar
ABŞ-Çin ticarət danışıqlarının növbəti raundu fevralın 14-ü Pekində keçiriləcək

Bakı. Trend:

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ölkənin ticarət danışıqlarında nümayəndəsi Robert Laythayzer gələn həftə Pekinə yollanacaqlar.

Trend-in Ağ Evə istinadən verdiyi məlumata görə, ABŞ və Çin arasında ticarət danışıqlarının növbəti raundu 14-15 fevral tarixlərində Pekində keçiriləcək.

Bildirilir ki, fevralın 11-dən danışıqlara hazırlıq üzrə görüşlər keçiriləcək. ABŞ-ı görüşlərdə ölkənin ticarət danışıqlarında nümayəndəsinin müavini Ceffri Qerriş təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti