...

Yaponiya qırıcısı mülki hava limanına məcburi eniş edib

Dünya xəbərləri Materials 12 Mart 2019 08:46 (UTC +04:00)
Yaponiya Hərbi Hava Qüvvələrinə məxsus çoxməqsədli "F-4" qırıcı təyyarəsi Komatsu mülki hava limanına məcburi eniş edib
Yaponiya qırıcısı mülki hava limanına məcburi eniş edib

Bakı. Trend:

Yaponiya Hərbi Hava Qüvvələrinə məxsus çoxməqsədli "F-4" qırıcı təyyarəsi Komatsu mülki hava limanına məcburi eniş edib.

Trend-in "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə, təyyarənin hər iki pilotu xəsarət almayıb.

Bildirilir ki, qırıcı təyyarə Yapon dənizi üzrəində təlimlərdə iştirak edirmiş, lakin uçuş zamanı təyyarənin mühərrikində problemlər yaranıb.

Məcburi eniş nəticəsində hava limanının uçuş-eniş zolağı müvəqqəti olaraq bağlanıb və bu mülki təyyarələrin uçuş qrafikində dəyişikliklərə səbəb olub.

Xəbər lenti

Xəbər lenti