...

Brüsseldə Avropa İttifaqının fövqəladə sammiti keçirilir

Dünya xəbərləri Materials 11 Aprel 2019 00:25 (UTC +04:00)
Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının fövqəladə sammiti keçirilir
Brüsseldə Avropa İttifaqının fövqəladə sammiti keçirilir

Bakı. Trend:

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının fövqəladə sammiti keçirilir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, sammitdə Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə "Brexit" planının reallaşdırılması üçün yeni möhlətin verilməsi müzakirə ediləcək.

Gözlənilir ki, Aİ-nin 27 ölkəsi iyunun 30-na qədər möhlət istəyən baş nazir Tereza Meyi dinləyəcək. Bundan sonra T.Mey sammiti tərk edəcək və 27 ölkə "Brexit"in reallaşdırılması üçün möhlət verilməsi barədə qərar qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti