...

Hindistanda qatar relsdən çıxıb, çox sayda xəsarət alan var

Dünya xəbərləri Materials 20 Aprel 2019 08:35 (UTC +04:00)
Hindistanın Kanpura şəhərindən 15 kilometr aralıda sərnişin qatarının 12 vaqonu relsdən çıxıb
Hindistanda qatar relsdən çıxıb, çox sayda xəsarət alan var

Bakı. Trend:

Hindistanın Kanpura şəhərindən 15 kilometr aralıda sərnişin qatarının 12 vaqonu relsdən çıxıb.

Trend-in "NDTV" telekanalına istinadən verdiyi məlumata görə, vaqonların relsdən çıxması nəticəsində azı 13 nəfər xəsarət alıb.

Bildirilir ki, şərqdən Nyu-Deli və paytaxtdan şərq tərəfi istiqamətində hərəkət edən qatarlar təxirə salınıb. Hadisə yerində xilasetmə işləri davam etdirilir.

Qatarın relsdən çıxmasının səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti