Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin İstanbul şəhərində 1 May mitinqləri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.
Trend-in məlumatına görə, mitinqlərin İstanbulun Bakırköy və Maltepe rayonlarında keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 2010-cu ildə Türkiyə hökuməti İstanbulun Taksim meydanında 1 May mitinqlərinin keçirilməsinə icazə versə də, 2013-cü ildə yenidən qadağan etmişdi.