Bakı. Trend:
Nyu York ABŞ-ın ilk böyük şəhəridir ki, burada məhbuslara ölkə hüdudlarından kənara ödənişsiz zəng etmək fürsəti verilib.
Trend-in məlumatına görə, bu barədə Nyu York meri Billa de Blazionun rəsmi saytında qeyd edilib.
Zənglərə görə məsrəfi şəhərin islah müəssisələri departamenti öz üzərinə götürüb.
Qeyd edək ki, bundan öncə Nyu York həbsxanalarında məhbuslara yalnız vəkillərinə ödənişsiz zəng etmək hüququ verilmişdi.