Bakı. Trend:
Kanadanın paytaxtı Torontonun beynəlxalq hava limanında "Air Canada" aviaşirkətinə məxsus təyyarə yanacaqdaşıyan avtomobil ilə toqquşub.
Trend-in "CBC" telekanalına istinadən verdiyi məlumata görə, insident "Bombardier DHC-8-300" təyyarəsnin eniş etməsindən sonra baş verib.
Toqquşma nəticəsində 3 heyət üzvü və 2 sərnişin xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Torontodan Sadberiyə uçan və hava şəraitinin pis olması səbəbindən hava limanına qayıdan təyyarənin göyərtəsində 51 nəfər olub.