...

Liviyada iki avtomobil partlayıb, çox sayda yaralı var

Dünya xəbərləri Materials 2 İyun 2019 13:21 (UTC +04:00)
Liviyanın Derna şəhərində Liviya Milli Ordusunun qərargahı yaxınlığında partlayıcı maddələrlə doldurulmuş iki avtomobil partladılıb
Liviyada iki avtomobil partlayıb, çox sayda yaralı var

Bakı. Trend:

Liviyanın Derna şəhərində Liviya Milli Ordusunun qərargahı yaxınlığında partlayıcı maddələrlə doldurulmuş iki avtomobil partladılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Al-Arabiya" telekanalının məlumatında deyilir.

Məlumata əsasən, partlayış nəticəsində azı 18 nəfər xəsarət alıb: "Liviyanın şərqində Derna şəhərində Liviya Milli Ordusunun qərargahı yaxınlığında partlayıcı maddələrlə doldurulmuş iki avtomobilin partladılması nəticəsində azı 18 nəfər xəsarət alıb".

Xəbər lenti

Xəbər lenti