...

Türkiyə SQ İraqın şimalında 27 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 2 İyun 2019 14:07 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında yerləşən Kərkük rayonunda daha 5 PKK terrorçusunu zərərsizləşdiriblər
Türkiyə SQ İraqın şimalında 27 terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında yerləşən Kərkük rayonunda daha 5 PKK terrorçusunu zərərsizləşdiriblər.

Trend-in Terkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 27-yə çatıb.

Xatırladaq ki, mayın 28-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı əməliyyata başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti