Bakı. Trend:
Almaniyanın paytaxtı Berlinin mərkəzində İkinci dünya müharibəsinə aid 100 kiloqramlıq bomba aşkar edilib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Berlin şəhər polis idarəsinin "Twitter" səhifəsində deyilir.
Məlumatda bildirilir: "Mitte rayonunda aşkar edilən İkinci dünya müharibəsinə aid bomba bu gün zərərsizləşdirilməlidir. Hazırda polis əməkdaşları lazımi hazırlıqla məşğuldurlar".