...

Çinin cənub-qərbində daha bir zəlzələ olub

Dünya xəbərləri Materials 18 İyun 2019 05:22 (UTC +04:00)

Bakı. Trend:

Çinin Sıçuan əyalətində 5,3 bal gücündə zəlzələ baş verib.

Trend-in Çin Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07:34-də 17 kilometr dərinlikdə qeydə alınıb.

Xatırladaq ki, ötən gün Çinin Sıçuan əyalətində bir saat ərzində iki güclü zəlzələ baş verib.

İlk zəlzələ yerli vaxtla saat 22:55-də İbin şəhər dairəsində qeydə alınıb. Yeraltı təkanların maqnitudası 6 bal təşkil edib.

İkinci zəlzələ İbin şəhər dairəsində yerli vaxtla saat 23:36-da 16 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin 5,1 bal gücündə olub.

Zəlzələlər nəticəsində 11 nəfər ölüb, 122 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti