...

Pentaqon Yaxın Şərqə "Patriot" kompleksləri göndərəcək - İrana görə

Dünya xəbərləri Materials 20 İyun 2019 08:55 (UTC +04:00)
ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə "Patriot" zenit-raket kompleksləri, pilotsuz uçuş aparatlar və kəşfiyyat məlumatlarının toplanılması üçün təyyarələr göndərəcək
Pentaqon Yaxın Şərqə "Patriot" kompleksləri göndərəcək - İrana görə

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə "Patriot" zenit-raket kompleksləri, pilotsuz uçuş aparatlar və kəşfiyyat məlumatlarının toplanılması üçün təyyarələr göndərəcək.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, Müdafiə Nazirliyi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının istəyi ilə "Patriot" kompleksləri, kəşfiyyat məlumatlarının toplanılması üçün pilotsuz və idarə olunan uçuş aparatları, qırıcı təyyarə, aviasiya dəstəyi üzrə uçuş aparatı göndərəcək:

"ABŞ İranla münaqişə istəmir, lakin biz Yaxın Şərqdə qoşunlarımızı yerləşdiririk və regiondakı maraqlarımızı qorumağa hazırıq".

Xəbər lenti

Xəbər lenti