...

Kambocada binanın çökməsi nəticəsində ölənlərin sayı 18-ə çatdı

Dünya xəbərləri Materials 23 İyun 2019 19:31 (UTC +04:00)

Bakı. Trend:

Kambocanın Prea-Sianukvil əyalətinin tikintisi davam edən binanın çökməsi nəticəsində ölənlərin sayı artıb.

Trend-in "Khmer Times"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 18 nəfərə, xəsarət alanların sayı isə 24 nəfərə çatıb.

Daha əvvəl 13 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, hadisə ötən gün yerli vaxtla saat 05:00 radələrində baş verib.

Xəbər lenti

Xəbər lenti