...

Nepalda daşqın və sürüşmələr nəticəsində 43 nəfər həlak olub

Dünya xəbərləri Materials 14 İyul 2019 08:35 (UTC +04:00)

Bakı. Trend:

Nepalda baş verən daşqın və sürüşmələr nəticəsində ölənlərin sayı 43-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə "ANI" agentliyi xəbər verib.

Məlumata əsasən, Nepalda müşahidə olunan leysan xarakterli yağışlar daşqın və şürüşmələrə səbəb olub.

Bildirilir ki, daha 24 nəfər itkin düşüb, 20 nəfərə yaxın isə xəsarət alıb.

Qeyd edək ki, leysan yağışlar ölkənin 21 rayonunda qeydə alınıb, 850 nəfər təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti