...

Türkiyə ordusu Suriyada atəşə tutuldu

Dünya xəbərləri Materials 19 Avqust 2019 15:06 (UTC +04:00)
Suriyanın İdlib əyalətində Türkiyə ordusunun zirehli texnikasından ibarət konvoy atəşə tutulub
Türkiyə ordusu Suriyada atəşə tutuldu

Bakı. Trend:

Suriyanın İdlib əyalətində Türkiyə ordusunun zirehli texnikasından ibarət konvoy atəşə tutulub.

Trend-in məlumatına görə, konvoy bir postdan digərinə hərəkət edərkən hücuma məruz qalıb.

Qeyd olunur ki, itkilərin qeydə alınmaması üçün konvoy hərəkəti dayandırıb.

Atəşin Suriya ordusu tərəfindən açıldığı deyilir. Türkiyə ordu rəhbərliyi bölgəyə dronlar göndərib.

Qeyd edək ki, bu gün Türkiyə ordusu Suriya sərhədini keçərək Xan-Şeyhun şəhərinə tərəf hərəkətə başlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti