...

Malidə binanın çökməsi nəticəsində 12 nəfər ölüb

Dünya xəbərləri Materials 2 Sentyabr 2019 03:54 (UTC +04:00)
Malinin paytaxtı Bamakoda binanın çökməsi zamanı 12 nəfər ölüb, 26 sakin xilas edilib
Malidə binanın çökməsi nəticəsində 12 nəfər ölüb

Bakı. Trend:

Malinin paytaxtı Bamakoda binanın çökməsi zamanı 12 nəfər ölüb, 26 sakin xilas edilib.

Trend-in məlumatına görə, bu barədə Malinin Təhlükəsizlik və Mülki Müdafiə Nazirliyi "Twitter" səhifəsində bildirib.

Məlumata əsasən, üç mərtəbəli bina yerli vaxtla saat 4:00-də çöküb. Xilasetmə işləri bütün gün davam edib:

"Saat 18.30-a olan vəziyyətə görə, Bankoni Salembuqu (Bamako) rayonundakı binanın çökməsi zamanı 38 nəfər xilas edilib, onların arasında 12 nəfər həlak olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti