...

Mərakeşdə avtobus qəzasında ən azı doqquz nəfər ölüb

Dünya xəbərləri Materials 8 Sentyabr 2019 21:16 (UTC +04:00)

Bakı. Trend:

Mərakeşin şərqindəki ər-Rəşidiyyə vilayətində avtobus qəzasında ən azı doqquz nəfər həyatını itirib.

Trend-in məlumatına görə, bu barədə yerli hakimiyyət xəbər yayıb.

Bildirilir ki, ər-Rəşidiyyə vilayətindəki Kantara Vad rayonunda baş verən daşqınlar nəticəsində avtobus aşıb.

Qeyd olunur ki, 29 şərnişin xilas edilib, zərərçəkənlər lazımi tibbi yardım almaq üçün xəstəxanaya çatdırılıb.

Hazırda itkin düşən sərnişinlərin axtarışları gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti