Bakı. Trend:
Sakit okeanda "Lorena" qasırğası formalaşıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Qasırğalara Nəzarət üzrə Milli Mərkəzindən bildiriblər.
Bildirilir ki, hazırda qasırğa Meksikanın Mansanilyo şəhərindən (Kolima ştatı) 55 kilometr cənub-qərbdədir və saniyədə 5,2 metr sürətlə şimal-qərb istiqamətində hərəkət edir.
Qasırğa daxilində küləyin sürəti saniyədə 33,3 metrə qədər çatır.