...

Pakistan baş nazirinin olduğu təyyarə təcili eniş edib

Dünya xəbərləri Materials 28 Sentyabr 2019 15:07 (UTC +04:00)
Pakistanın baş naziri İmran Xanın olduğu təyyarə Nyu Yorkda təcili eniş edib
Pakistan baş nazirinin olduğu təyyarə təcili eniş edib

Bakı. Trend:

Pakistanın baş naziri İmran Xanın olduğu təyyarə Nyu Yorkda təcili eniş edib.

Trend-in məlumatına görə, təyyarə havaya qalxdıqdan qısa müddət sonra onda texniki qüsur aşkar edilib.

İmran Xanın bu gün Nyu Yorkda qalacağı deyilir.

Baş nazir BMT Baş Assambleyası çərçivəsində görüşlər keçirdikdən sonra Pakistana qayıtmalı idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti