...

Türkiyədə tunel çökdü, 1 nəfər ölüb

Dünya xəbərləri Materials 1 Oktyabr 2019 08:18 (UTC +04:00)
Türkiyənin Kayseri vilayətində xəzinə ovçuları çökən tunelin dağıntıları altında qalıb
Türkiyədə tunel çökdü, 1 nəfər ölüb

Bakı. Trend:

Türkiyənin Kayseri vilayətində xəzinə ovçuları çökən tunelin dağıntıları altında qalıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Məlumata əsasən, hadisə Melikgazi rayonunda baş verib. Xəzinə tapmaq üçün qazılmış yeraltı tunelin çökməsindən sonra iki nəfər dağıntılar altında qalıb.

Hadisə ilə bağlı araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti