...

İtaliyada atışmada iki polis əməkdaşı həlak olub

Dünya xəbərləri Materials 5 Oktyabr 2019 04:54 (UTC +04:00)
İtaliyanın şimalındakı Triest şəhərində baş verən atışma nəticəsində iki polis əməkdaşı həlak olub
İtaliyada atışmada iki polis əməkdaşı həlak olub

Bakı. Trend:

İtaliyanın şimalındakı Triest şəhərində baş verən atışma nəticəsində iki polis əməkdaşı həlak olub.

Trend-in məlumatına görə, bu barədə "RaiNews 24" xəbər portalı bildirib.

Məlumata əsasən, atışma şəhər kvesturası (polis şöbəsi) qabağında olub.

Atışma nəticəsində 5 polis və hücum edən şəxsin qardaşı yaralanıb. İki polis əməkdaşı, 34 yaşlı Pyerluici Rotta və 31 yaşlı Matteo De Meneqo həlak olub.

Atəş açan şəxs və onun qardaşı həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti