Bakı. Trend:
Çinin Quyyan şəhərində tikilən parklanma binasının çökməsi nəticəsində səkkiz nəfər ölüb, daha iki nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Çinin Mərkəzi televiziyası bildirib.
Məlumata əsasən, hadisə oktyabrın 28-i yerli vaxtla saat 16:21-də baş verib.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hakimiyyət orqanları hadisənin səbəblərini araşdıran idarələrarası işçi qrupunu yaradıblar.