...

Kataloniyanın müstəqilliyinin tərəfdarları İspaniyada seçkilər ərəfəsində nümayişlər keçiriblər

Dünya xəbərləri Materials 10 Noyabr 2019 04:15
Noyabrın 10-da İspaniyada keçiriləcək ümumi seçkilər ərəfəsində Kataloniyanın müstəqilliyinin tərəfdarları mitinqlər və yürüşlər keçiriblər
Kataloniyanın müstəqilliyinin tərəfdarları İspaniyada seçkilər ərəfəsində nümayişlər keçiriblər

Trend-i buradan izləyin

Bakı. Trend:

Noyabrın 10-da İspaniyada keçiriləcək ümumi seçkilər ərəfəsində Kataloniyanın müstəqilliyinin tərəfdarları mitinqlər və yürüşlər keçiriblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, nümayişlər bölgənin ölkənin tərkibindən çıxmağını istəyən hərəkatlar tərəfindən təşkil olunub.

"Demokratik Sunami" təşkilatı Kataloniyanın müxtəlif şəhərlərində 300-ə yaxın aksiya təşkil etdiklərini açıqlayıblar. Həmçinin, seçkilərdən əvvəl Barselonada konsert təşkil edilib.

Kataloniya polisinin "Twitter" səhifəsində yerləşdirdiyi məlumata əsasən, bəzi etirazçılar polislərə daş və digər ağır əşyalar atıblar. Hal hazırda şəhərin bir neçə küçəsi bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti