...

Türkiyənin daxili işlər naziri İŞİD-in əsas fiqurlarından birinin saxlanıldığını bildirib

Dünya xəbərləri Materials 13 Noyabr 2019 19:00 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin daxili işlər naziri Süleyman Soylu İŞİD terror təşkilatının əsas fiqurlarından birinin saxlanıldığını bəyan edib.

Trend-in məlumatına görə, hazırda adı açıqlanmayan şəxsin sorğusu aparılır.

Nazir bildirib ki, Türkiyə İŞİD-ə qarşı fəal mübarizəni davam etdirir.

Terrorçuların deportasiyasına gəldikdə isə S.Soylu bildirib ki, Almaniya və Niderland öz vətəndaşlarını qəbul edəcək.

Noyabrın 14-də Almaniya vətəndaşı olan 7 İŞİD üzvü deportasiya olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti