...

Hollivudda maçete ilə silahlanmış soyğunçu öldürülüb

Dünya xəbərləri Materials 26 Noyabr 2019 05:40 (UTC +04:00)

Bakı. Trend:

Hollivud polisi, noyabrın 25-də maçete ilə silahlanmış soyğunçuya atəş açaraq onu ölümcül yaralayıblar.

Trend-in məlumatına görə, qarətçi maçete təhdidi altında mağazanı qarət edib vəbir avtomobili oğurlamağa çalışarkən polis patrulunun avtomobilinə çırpılıb. Hadisə yerindən qaçmağa çalışan soyğunçu polis tərəfindən atəşə tutulub.

Yaralananan yerli xəstəxanaya aparılsada, sağ qala bilməyib. Polis sözçüsü, təcavüzkarın təxminən yarım metr uzunluğunda bir maçete ilə silahlandığını söyləyib. Onu tutmağa çalışan polislərdən biri yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti