...

Angela Merkel Berlindəki çıxışı əsnasında yıxılıb

Dünya xəbərləri Materials 29 Noyabr 2019 03:51 (UTC +04:00)

Bakı. Trend:

Almaniya kansleri Angela Merkel, noyabrın 27-si Federal Ticarət Palataları Birliyinin Berlində keçirilən iclasında çıxışı zamanı səhnəyə yıxılıb.

Trend-in məlumatına görə, görüş iştirakçılarından biri hadisəni şərh edərkən "Hər şey arxadan ciddi görünürdü" deyib.

Sonradan məlum olduğu kimi, şahid səhv edib. Merkel sadəcə olaraq səhnəyə aparan pilləkənləri seçməyib və bir metr hündürlükdəki səhnəyə tullanmağa çalışıb. Balansını itirən hökumət başçısı yıxılmağa başlaıyb, lakin yenidən tez ayağa qalxıb.

Siyasətçi çıxışını özünə qarşı istehza ilə başlayaraq deyib: "Sol tərəfdəki pilləkənləri görmədim. Geri dönərkən, pilləkənlərlə düşəcəm". Almaniya hökumətinin rəsmi nümayəndəsi Stefan Seybert daha sonra jurnalistlərə A.Merkelin sadəcə büdrədiyini təsdiqləyib və özünü yaxşı hiss etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti