...

Hindistanda yağış divarı uçurdu - 15 nəfər öldü

Dünya xəbərləri Materials 2 Dekabr 2019 11:19 (UTC +04:00)
Hindistanın Tamilnad ştatında bədbəxt hadisə ölümlə nəticələnib.
Hindistanda yağış divarı uçurdu - 15 nəfər öldü

Bakı. Trend:

Hindistanın Tamilnad ştatında bədbəxt hadisə ölümlə nəticələnib.

Trend-in məlumatına görə, kənddə divar uçulması nəticəsində 15 nəfər dağıntılar altında qalaraq ölüb.

Məlumata görə, son günlər aramsız yağan yağışlar divarın uçulmasına səbəb olub.

Dağıntılar altında hələ sağ qalanların olması da ehtimal edilir. Bu səbəbdən hadisə yerində xilasedicilər işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti