...

Çili Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi radarlardan itib

Dünya xəbərləri Materials 10 Dekabr 2019 08:21 (UTC +04:00)
Antarktika bazasına doğru gedən Çilinin "C-130 Hercules" hərbi təyyarəsi ilə əlaqə kəsilib
Çili Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi radarlardan itib

Bakı. Trend:

Antarktika bazasına doğru gedən Çilinin "C-130 Hercules" hərbi təyyarəsi ilə əlaqə kəsilib.

Trend-in məlumatına görə, bu barədə Çili HHQ öz "Twitter" səhifəsində bildirib.

Məlumata əsasən, göyərtəsində 17 ekipaj üzvü və 21 sərnişin olub.

Təyyarə bazalardan birinə yanacaq təmin edən bir neft boru kəmərinə xidmət göstərmək üçün personal daşıyıb.

Çili Hərbi Hava Qüvvələrində yeddi bu tipli təyyarə var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti