Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb.
Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.
T.Ərdoğan bildirib: "Müsəlman ölkələrinin taleyi BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün qərarlarından asılı olmamalıdır".
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması müasir dünyanın ehtiyaclarından biridir.