...

Çavuşoğlu amerikalı həmkarı ilə telefon danışığı aparıb

Dünya xəbərləri Materials 4 Yanvar 2020 23:03 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Maykl Pompeo ilə telefon danışığı aparıb
Çavuşoğlu amerikalı həmkarı ilə telefon danışığı aparıb

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Maykl Pompeo ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, bu barədə diplomatik mənbələrdə bildirilib.

Məlumata əsasən, nazirlər İran və İraqdakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti