...

Ərdoğan: ABŞ-la İran arasındakı gərginlik təhlükəli səviyyəyə çatıb

Dünya xəbərləri Materials 8 Yanvar 2020 17:35 (UTC +04:00)
Türkiyə regionun hərbi əməliyyatlar zonasına çevrilməsini istəmir.
Ərdoğan: ABŞ-la İran arasındakı gərginlik təhlükəli səviyyəyə çatıb

Bakı. Trend:

ABŞ-la İran arasındakı gərginlik təhlükəli səviyyəyə çatıb.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Türk axını” qaz kəmərinin açılışı mərasimində deyib.

O bildirib ki, Türkiyə regionun hərbi əməliyyatlar zonasına çevrilməsini istəmir:

“Heç kimin öz maraqları uğruna bütün regionu yanğın bölgəsinə çevrimək ixtiyarı yoxdur. Biz əlimizdə olan bütün imkanları səfərbər edərək bölgəmizin qan və göz yaşına qərq olmasına icazə verməyəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti