...

İranda qəzaya uğrayan təyyarənin "qara qutularının" şifrəsini açmağa başlayıblar

Dünya xəbərləri Materials 9 Yanvar 2020 21:42 (UTC +04:00)
İran hakimiyyəti qəzaya uğrayan Ukrayna təyyarəsinin "qara qutularını" başqa bir dövlətə göndərib-göndərməmək barədə hələ qərar verməyib
İranda qəzaya uğrayan təyyarənin "qara qutularının" şifrəsini açmağa başlayıblar

Bakı. Trend:

İran hakimiyyəti qəzaya uğrayan Ukrayna təyyarəsinin "qara qutularını" başqa bir dövlətə göndərib-göndərməmək barədə hələ qərar verməyib.

Trend-in məlumatına görə, bu barədə İran Aviasiya Administrasiyasının rəsmi nümayəndəsi Cəfər Zadə bildirib.

Cəfər Zadə deyib ki, hazırda fəlakətin səbəbini tapmaq üçün qara qutunun məlumatlarını oxuya biləcəyimizi deyə bilmərik:

Onun sözlərinə görə, hazırda İran mütəxəssisləri səs yazanın məlumatlarını oxumağa çalışırlar və hər şey bunun tam və ya qismən yerinə yetirilməsindən asılı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti