...

Meksikada şagird müəllimini qətlə yetirib və intihar edib

Dünya xəbərləri Materials 10 Yanvar 2020 23:25 (UTC +04:00)
Meksikanın Torreon şəhərində (Koauila ştatı) yerləşən məktəbdə silahlı insident baş verib
Meksikada şagird müəllimini qətlə yetirib və intihar edib

Bakı. Trend:

Meksikanın Torreon şəhərində (Koauila ştatı) yerləşən məktəbdə silahlı insident baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, 12 yaşlı şagird məktəbə silah gətirərək müəlliməsini qətlə yetirib, daha sonra isə intihar edib.

Bildirilir ki, silahlı insident zamanı 5-i şagird olmaqla 6 nəfər yaralanıb. Onlara tibbi yardım göstərilib.

Qeyd edilir ki, yaralananlardan 2-nin vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti