...

Uşaq bağçasında kütləvi zəhərlənmə olub

Dünya xəbərləri Materials 15 Yanvar 2020 08:21 (UTC +04:00)
Meksikada kütləvi zəhərlənmə qeydə alınıb
Uşaq bağçasında kütləvi zəhərlənmə olub

Bakı. Trend:

Meksikada kütləvi zəhərlənmə qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə "Milenio" qəzeti bildirib.

Məlumata əsasən, hadisə Qvadalaxara şəhərinin uşaq bağçalarının birində baş verib. Müəssisənin ən az 70 yetirməsi xəstəxanaya yerləşdirilib.

Zərərçəkən uşaqların vəziyyəti barədə məlumat açıqlanmayıb. İlkin məlumatlara görə, onlar pendirdən zəhərlənə bilərlər.

Hadisə ilə bağlı bölgə rəhbərliyi tərəfindən hər hansı bir şərh verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti