...

Ermənistan silkələndi: Ard-arda iki zəlzələ

Dünya xəbərləri Materials 18 Yanvar 2020 10:57 (UTC +04:00)
Ermənistanda səhər saatlarında iki zəlzələ qeydə alınıb
Ermənistan silkələndi: Ard-arda iki zəlzələ

Bakı. Trend:

Ermənistanda səhər saatlarında iki zəlzələ qeydə alınıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, hər iki zəlzələ Aşotsk şəhəri yaxınlığlında qeydə alınıb.

İlk zəlzələnin maqnitudası 3,7, ikinci zəlzələnin isə 3,1 bal təşkil edib.

Episentr yerin 10 kilometrliyində qeydə alınıb.

Yeraltı təkanlar Spitak, Gümrü və digər şəhərlərdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti