Bakı. Trend:
Yerevanda onlarla qəzet və telekanal redaksiyasının yerləşdiyi Mətbuat evində yanğın başlayıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, hadisə yerinə dörd yanğınsöndürmə briqadası, eləcə də xilasedicilər cəlb edilib.
Hələlik xəsarət alanlar barədə məlumat verilmir. Yanğının söndürülməsi davam edir.