...

Parisda polislər və etirazçılar arasında toqquşmalar olub

Dünya xəbərləri Materials 19 Yanvar 2020 01:15 (UTC +04:00)
Fransanın paytaxtı Parisdə polislər və etirazçılar arasında toqquşmalar olub
Parisda polislər və etirazçılar arasında toqquşmalar olub

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə polislər və etirazçılar arasında toqquşmalar olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Lion vağzalının meydanında baş verən toqquşmalar zamanı hüquq-mühafizə orqanları tərəfindən 37 nəfər saxlanılıb.

Bildirilir ki, etiraz aksiyası başa çatdıqdan sonra "sarı jiletlər"in və "qara blok"un radikal düşüncəli üzvləri meydanı tərk etməkdən imtina ediblər.

Məlumata əsasən, onlar polislərə daş və butulkalar atmağa başlayıblar, bir neçə motoroller yandırıblar. Daha sonra onlar vağzalın binasına daxil olmaq istyiblər. Polislər etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etmək məvburiyyətində qalıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti