...

Almaniyada yeni növ koronovirusa yoluxanların sayı artıb

Dünya xəbərləri Materials 29 Yanvar 2020 06:19 (UTC +04:00)
Almaniyanın Bavariya vilaylətində yeni növ koronovirusa daha 3 nəfər yoluxub
Almaniyada yeni növ koronovirusa yoluxanların sayı artıb

Bakı. Trend:

Almaniyanın Bavariya vilaylətində yeni növ koronovirusa daha 3 nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə regionun Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Məlumatda deyilir: "Bavariyanın Səhiyyə Nazirliyi daha 3 nəfərin yeni növ koronovirusa yoluxması barədə məlumatlandırılıb".

Bildirilir ki, yeni növ virusa yoluxan şəxslər "Webasto" şirkətində işləyirlər.

Qeyd edək ki, Çində yeni növ koronovirusdan ölənlərin sayı 132 nəfərə, yoluxanların sayı ilə 5974 nəfərə çatıb. Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti