...

Malayziyada yeni növ koronovirusa yoluxanların sayı 7 nəfərə çatıb

Dünya xəbərləri Materials 29 Yanvar 2020 07:25 (UTC +04:00)
Malayziyada yeni növ koronovirusa daha 3 yoluxma halı qeydə alınıb və yoluxanların sayı 7 nəfərə çatıb
Malayziyada yeni növ koronovirusa yoluxanların sayı 7 nəfərə çatıb

Bakı. Trend:

Malayziyada yeni növ koronovirusa daha 3 yoluxma halı qeydə alınıb və yoluxanların sayı 7 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bütün yoluxanlar Çin vətəndaşlarıdır. Daha əvvəl 4 nəfərin yoluxduğu bildirilirdi.

Çin ötən ilin dekabr ayının 31-i Ümumdünya Səhiyyə Təşkilatına Uhan şəhərində yeni növ virusun yayılması barədə məlumat verib. Mütəxəssislər daha sonra virusun yeni növ koronavirus olduğunu müəyyən ediblər.

Qeyd edək ki, Çində yeni növ koronovirusdan ölənlərin sayı 132 nəfərə, yoluxanların sayı ilə 5974 nəfərə çatıb. Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti