...

Türkiyənin Qızılay Cəmiyyətindən müharibə şəraitindən qaçanlara YARDIM

Dünya xəbərləri Materials 18 Fevral 2020 12:49 (UTC +04:00)
Türk Qızılay Cəmiyyəti İdlib və ətraf bölgələrdəki müharibə şəraitindən qaçaraq təhlükəsiz hesab etdikləri Türkiyə sərhədindəki zeytun ağaclarının altına sığınan suriyalılara çadır, soba və ərzaq yardımı edib.
Türkiyənin Qızılay Cəmiyyətindən müharibə şəraitindən qaçanlara YARDIM

Bakı. Trend:

Türk Qızılay Cəmiyyəti İdlib və ətraf bölgələrdəki müharibə şəraitindən qaçaraq təhlükəsiz hesab etdikləri Türkiyə sərhədindəki zeytun ağaclarının altına sığınan suriyalılara çadır, soba və ərzaq yardımı edib.

Trend-ə verilən məlumata görə, Qızılay Cəmiyyəti İdlib və ətrafındakı qarşıdurmalardan qaçaraq zeytun ağaclarının altına sığınan suriyalılara yardım əlini uzadıb.

Təhlükəsiz hesab etdikləri Türkiyə sərhədinin yaxınlığında yerləşən Məşhəd Ruhin bölgəsindəki zeytun bağlarına sığınan suriyalı ailələrə Qızılay Cəmiyyəti tərəfindən çadırlar və sobalar quraşdırılıb.

Uşaqlara peçenye və şokolad paylanıb.

Türk Qızılay Cəmiyyəti, həmçinin Afrin və Cinderes bölgələrində çadır quraşdırmağa və humanitar yardımlara davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti