...

Parisdə iğtişaşlar zamanı 30 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 29 Fevral 2020 05:28 (UTC +04:00)
Parisdəki Lion vağzalında baş verən iğtişaşlar zamanı ən azı 30 nəfər saxlanılıb
Parisdə  iğtişaşlar zamanı 30 nəfər saxlanılıb

Bakı. Trend:

Parisdəki Lion vağzalında baş verən iğtişaşlar zamanı ən azı 30 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə şəhər prefekturası bildirib.

Bundan əvvəl vağzalın yerləşdiyi Bersi küçəsində iğtişaşların baş verdiyi bildirilmişdi. Polis onlara son qoymaq üçün müdaxilə etmişdi. Bundan əlavə, vağzalın yaxınlığında binanın boşaldılmasına səbəb olduğu yanğının olması barədə məlumatlar verilib.

Prefektura həmçinin qeyd edir ki, saat 19.00-a qədər hüquq-mühafizə orqanlarına dair 54 hesabat tərtib edilmişdir.

"Parisien" qəzetinin verdiyi məlumata görə, nümayişçilər konqo müğənnisi Falli İpupanın cıxış edəcəyi AccorHotel Arena yaxınlığında toplaşmışdılar. Konqo Demokratik Respublikasının hazırkı hakimiyyətinə qarşı çıxan Fransadakı Konqo diasporunun fəalları ifaçının ölkənin hazırkı prezidenti Feliks Çisekedi, eləcə də sələfi Cozef Kabila ilə yaxın əlaqələdə olduğunda ittiham edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti