...

Fransada yeni növ koronavirusa yoluxanların sayı 73 nəfərə çatıb

Dünya xəbərləri Materials 29 Fevral 2020 20:56 (UTC +04:00)
Fransada yeni növ koronavirusa yoluxanların sayı 73 nəfərə çatıb
Fransada yeni növ koronavirusa yoluxanların sayı 73 nəfərə çatıb

Bakı. Trend:

Fransada yeni növ koronavirusa yoluxanların sayı 73 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə naziri Olivye Veran deyib.

O.Veran bildirib: "Saat 13:00 üçün xəstələnənlərin sayı 73 nəfərdir. Onlardan 59 nəfərə xəstəxanadadır, 12-sı sağalıb və 2-si ölüb".

Nazir əlavə edib ki, koronavirus səbəbindən bir səra böyük tədbir təxirə salınıb.

Qeyd edək ki, Çində yeni növ koronavirusa 79,2 min nəfər yoluxub, onlardan 2835 nəfəri ölüb, 39 mindən çoxu isə sağalıb. Çindən kənarda yoluxma halları 51 ölkədə qeydə alınıb və 4691-ə çatıb, onlardan 67 nəfəri ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti