...

Farer adalarında koronavirusa ilk yoluxma faktı qeydə alınıb

Dünya xəbərləri Materials 4 Mart 2020 17:39 (UTC +04:00)

Bakı. Trend:

Farer adalarında koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Trend-in məlumatına görə, bunu regionun Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, virusa fevralın sonunda Parisdə konfransda iştirak etmiş şəxs yoluxub.

Hazırda onun vəziyyəti yaxşı dəyərləndirilir. Həmin şəxs və onun ailəsi karantinə yerləşdirilib.

Qeyd edək ki, Farer adaları Atlantik okeanının şimalında Danimarkanın muxtar regionudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti